Dekabrın 28-də 2011 ci il tarixində Nəsimi rayon MKS –in işçisi İlahə İmanova 54 saylı orta məktəbdə öz ssenarisi əsasında gənc rejissor Röyal Cəbiyevlə bərabər Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş bədii gecə təşkil etmişdi.
Bədii gecədə 54 saylı orta məktəbin şagirdləri ilə bərabər 111 saylı orta məktəbin 9 c sinfinin şagirdləri ( 27.12.2011-ci il tarixində Röyal Cəbiyev tərəfindən təşkil olunmuş “111-in istedadları sizsiniz” –adlı siniflərin yarışmasında 2-ci yerin qalibi olmuş sinfin şagirdləri) Mir Mövsüm Nağıyev ( I Şirvanşah Axsitan rolunda), Rüfət Teymurzadə ( Axsitan şahın vəziri), Xəyal Hacıyev (Nuşirəvan şah) də iştirak edirdilər.
Tədbirdə Nizami Gəncəvinin kitablarından və şagirdlərin “Xəmsə”dən götürülmüş parçalara aid rəsmlərindən ibarət sərgi də təşkil olunmuşdu.
Bədii gecə Nizami Gəncəvinin məşhur bir şerilə başlamış, daha sonra 1188-ci ildə Nizami Gəncəvinin( Nizami rolunda Ağamalıyev Ramil) I Şirvanşah Axsitanla görüşü səhnəsi ilə davam etmişdir.
Sonra “Nuşirəvan şah və bayquşların söhbəti” , “Sirlər xəzinəsi”, “Kərpickəsən kişinin dastanı” adlı əsərlərindən səhnəciklər qonaqlara təqdim olundu.
“Məhinbanunun Şirinə öyüdü” adlı parça ilə Əfsanə gənc xanımlara namuslu, qururlu olmağı tövsiyə etdi. “Yeddi gözəl” də qonaqların qəlbinə öz maraqlı şerləri ilə yol tapa bildi.
Gecənin ən uğurlu digər səhnəsi isə Vəzuhə və Tamerlanın ifasında Nüşabə və İskəndərin görüş anı və yemək süfrəsində söhbəti oldu.
Gənclərin ifasında təqdim olunan səhnələr bir –biindən gözəl və rəngarəng idi. Bədii gecənin sonunda Röyal Cəbiyev tətəfindən hazırlanmış “54 TV –Nizami Gəncəvi bu gün” adlı rolik, Nizamişünaslarla və parkda şəhər sakinləri ilə müsahibə qonaqlara təqdim olundu.
Tədbirdə Nizami Gəncəvinin “ Sənsiz” romansı balaca Cavid İsmayılov tərəfindən ifa edildi. Bədii gecə Müslüm Maqomayevin ifasında “Sevgili canan” mahnısı ilə yekunlaşdı.
Tədbirdə İlahə İmanova bu gecəni öz ədəbiyyat müəlliməsi Şərqiyyə Məmmədovaya həsr etdiyini bildirdi. Fəxri qonaq qismində gecədə iştirak edən Şərqiyyə xanım öz şagirdinin işindən razı qaldığını bildirdi. Sonda kitabxana kollektivi bütün qonaqlara təşəkkürünü bildirdi.