Nəsimi MKS-də Əməkdar İncəsənət Xadimi, nasir, şair, yazıçı Vidadi Babanlının anadan olmasının 85 illik yubuleyi ilə bağlı "Həyat bizi sınayır" , Qanlı 20 yanvara həsr olunmuş "Matəm günü" və dahi türk yazıçısı Nazim Hikmətin anadan olmasının 100 illiyi ilə bağlı "Əsrin klassiki" adlı sərgi nümayiş etdirildi.
Sərgidə Nazim Hikmətin eləcədə Vidadi Babanlının müxtəlif vaxtlarda nəşr olunmuş kitabları nümayiş etdirilmişdi. Sərgiyə tamaşa edən oxuculara hər iki ədibin yaradıcılığı haqqında ətraflı məlumat verilmişdi.
Sərgi yanvarın sonunadək davam edəcək.